-1 Mərtəbə
Yapı Kredi Bank Azərbaycan QSC 2000-ci ildə Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 11 Yanvar 2000-ci il tarixdə 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.
2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur.
Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır. Beynəlxalq arenada bankların birləşməsinin başlıca səbəbi gərgin rəqabət şəraitində bazar paylarının artırılması və bununla bərabər daha iri layihələrin reallaşdırılması üçün səhmdarların sərmayə qoyuluşu imkanlarının genişləndirilməsidir.
Hal hazırda Yapı Kredi Bank Azərbaycan müştərilərinə Pərakəndə, Korporativ məhsullar təklif edir. Bankın əsas məqsədi dünyanın 17 ölkəsində mövcud olan təcrübəsini Azərbaycan vətəndaşlarının istək və tələblərinə uyğun olaraq təkmilləşdirib, ölkənin Bankçılıq sektoruna öz töhvələrini verməkdir.
2012-ci ilin Sentyabr ayında dünyanın on ən yaxşı kredit kartı markalarından biri Worldcard-ı Azərbaycan müştərilərinin təqdim edən bank, eyni zamanda İnternet Bankçılıq, Mobil Bankçılıq kimi innovativ məhsullarını da qısa zamanda istifadəyə açmışdır.
Bankın rəhbər strukturu təsisçilərin (səhmdarlarin) ümumi yığıncağı, müşahidə şurası, audit komitəsi və idarə heyətindən ibarətdir.
Yapı Kredi Bank Azərbaycan QSC dünyaca nüfuzlu Unicredit (İtaliya) və Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.
Fəaliyyət göstərdiyi müddətdə Yapı Kredi Bank Azərbaycan bankçılığın pərakəndə və korporativ sahələrində mütərilərinə bir neçə yeni məhsullar təklif etmiş və bunun üçün də, müxtəlif mükafatlara layiq görülmüşdür.
2015-ci ildə banco.az portalında müştərilərin səsverməsi nəticəsində Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan
2015-ci ildə Global Banking and Fiance Review tərəfindən Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan
2015-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Pərakəndə Bank, Azərbaycan
2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Aktiv Bank fəaliyyəti göstərdiyinə görə təşəkkür məktubu
2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən İnnovativ Korproativ Bank, Azərbaycan
2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Yeni Pərakəndə Bank, Azərbaycan
2012-ci ildə Master Card tərəfindən Ən Yaxşı Marketinq Kampaniyası-Worldcard
Bankın Baş ofisi Bakı Şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 73G, Az1065 ünvanında yerləşir. 
Daha Azını Gör
Dostlara deyin görək: